Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Kriştianu Ronaldo tarix yazmaqda davam edir

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə qrup mərhələsində keçirilən növbəti tur "F"  qrupunda yer alan və səfərdə Macarıstanın qonağı olan Portuqaliya millisinin veteran forvardi Kriştianu Ronaldo üçün əlamətdar olub. Belə ki, səfərdə ev sahibini 2:3 hesabla məqlub edən Portuqaliya millisinin vurduğu qollardan biri məhz Ronaldonun aktivinə yazılıb. Bu isə onun yığmaların tarixində vurduğu 39-cu qol olub. Ronaldo bu göstərici ilə Qvatemala millisi in forvardi Markiz Ruisi qabaqlamaqla yeni rekorda imza atıb.

Xatırladaq ki, ilk turda Ermənistanı səfərdə (İrəvanda) 5:0 hesabla darmadağın edən Portuqaliya 2 oyundan 6 xal toplamaqla yer aldığı "F" qrupunun Vahid lideri olub.

"F" qrupunda baş tutan digər oyunda isə Ermənistan evdə İrlandiyanı minimal hesabla udub - 2:1.

 

"F" qrupunda iki turdan sonra vəziyyət belədir:

1. Portuqaliya - 6 xal, 2. Ermənistan - 3, 3. Macarıstan - 1, 4. İrlandiya - 1.

 

Seçmələrin "K" qrupunda da gözlənilməz nəticə qeydə alınıb . Bu qrupda 5-ci tur çərçivəsində keçirilən oyunlardan birində İngiltərə millisi səfərdə Serbiyanı darmadağın edib - 0:5. Bununla da britaniyalılar 15 mümkün xalın hamısını toplayaraq, qrupda  liderlik mövqeyini daha da möhkəmləndirib.

Qrupda baş tutan digər oyunda isə Albaniya millisi evdə Latviyanı üstələyib - 1:0.

 

Hazırda "K" qrupunda vəziyyət belədir:

1. İngiltərə - 15 xal, 2. Albaniya - 8, 3. Serbiya - 7, 4. Latviya - 4, 5. Andorra - 0.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin