AGF-də kadr dəyişikliyi
Azərbaycan Güləş Federasiyasının rəhbər heyətində kadr dəyişikliyi olub. Qurumdan verilən məlumata görə Pərvin Piriyev federasiyasının yeni baş katibi təyin edilib. Qeyd edək ki, 1992-ci ildə Bakıda doğulan Piriyev 2009/2013-cubillərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin idarə edilməsi" ixtisası üzrə təhsil alıb və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.
O, müxtəlif illərdə Azərbaycan Gənclər Təşkilatları Şurası, "Baki-2015" Avropa Oyunları, Azərbaycanın Qılıncoynatma və Azərbaycan Badminton Federasiyasında ictimaiyyətlə əlaqələr və marketinq sahəsində çalışıb.
P. Piriyev "Sabah" FK-da marketinq direktoru və daha sonra isə icraçı direktor vəzifəsində çalışıb.
İNTİQAM Məmmədov


