Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Boksçumuz Alfonso Dominqes mundialın yarımfinalına yüksəlib 

Sentyabrın 4-də Liverpulda (İngiltərə) böyüklər (kişi və qadın) arasında starti verilən boks üzrə dünya çempionatı davam edir. Qeyd edək ki, Azərbaycan yığmasının 11 (10 kişi və 1 qadın) dəri əlcək ustası ilə qatıldığı mundialda bu gün 1/4 final döyüşlərinə start verilib. Bu mərhələdə ölkəmizi təmsil edən iki bokscumuzdan biri rinqə çıxıb və döyüşünü qələbə ilə bitirərək, adını yarımfinala yazdirrib. Söhbət millimizin lideri, 90 kq çəkidə çıxış edən dünya çempionumuz Alfonso Dominqesdən gedir. O, yarımfinala çıxışda türkiyəli Emrah Yaşarla döyüşdən 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesablı qələbə ilə ayrılıb. Bokscumuz yarımfinala çıxmaqla ən pis halda çempionatın bürünc medalını özünə təmin edib. O, sentyabrın 12-də baş tutacaq 1/2 finalda braziliyalı boksçu Santos Ribeyro Filyo ilə qarşılaşacaq.

Bu gün gecə sessiyasında isə digər boksçumuz - Səidcəmşid Cəfərov (75 kq) 1/4 final döyüşünə çıxacaq.

Yeri gəlmişkən, mundiala qatılan 11 boksçumuzdan 9-u artıq büdrəyərək çıxışını başa vurub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin