Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Günel Ravilovanın Yaradıcılıq Gecəsi: “Çərçivəyə Sığmayan Qadın” - ÖZƏL

11 sentyabr 2025-ci il tarixində Seabreeze Resort — DOME Middle East by Agalarova-da sərgi keçirildi.

Emin Ağalarovun dəstəyi ilə keçirilən tədbir qadının daxili gücünü, zərifliyini və sərhədsiz yaradıcılıq enerjisini incəsənətin dili ilə təqdim etmək məqsədi daşıyırdı.

Gecə çərçivəsində rəssam Günel Ravilovanın əsərlərindən ibarət sərginin açılışı oldu. Tədbirdə fəlsəfə doktoru Bahar Hüseyn ilə Günel Ravilovanın müsahibəsi baş tutdu. Söhbət zamanı sənətkarın yaradıcılığı, qadının daxili dünyasının sənətdə əksi və xüsusilə surreallizm və nude janrına yanaşması müzakirə olundu. Bahar Hüseyn qeyd etdi ki, Günel Ravilovanın sənət dili qadının gücünü, azadlığını və daxili azadlığını ifadə edir, həmçinin tamaşaçıları öz baryerlərini aşmağa ruhlandırır.

Gecənin davamında Yoga Mudra ilə sound healing təcrübəsi keçirildi, nəfəs texnikaları və insan psixologiyasına müsbət təsir edən meditativ məşqlər təqdim olundu. Daha sonra psixoloq Nargiz Tahirova “Qadın və onun sərhədləri” mövzusunda praktik məşğələ apardı və qadınların şəxsi sərhədlərini düzgün qurmaqla bağlı dəyərli tövsiyələrini paylaşdı.

Tədbirin finalını dizayner İnara Nezerli tərəfindən hazırlanmış “Inart by Nezerli” kolleksiyasının podium nümayişi təşkil etdi. 

8 modelin iştirakı ilə stilist Sevinc İbrahimova həmin paltarlardan istifadə edərək müasir kapsullar təqdim etdi və onların gündəlik həyatda və xüsusi hallarda necə kombinasiya oluna biləcəyinə dair nümunələr göstərdi. 
Tədbirin sonunda Sabina Agalarova çıxış edərək gecənin əhəmiyyətini vurğuladı və bütün iştirakçılara minnətdarlığını bildirdi.

Şirniyyat dəstəyi K.N.L. Cakes (Konul Talıbova) tərəfindən, dekor və katerinq isə Taras Home tərəfindən təmin olunmuşdur.

Bu gecə bir daha sübut etdi ki, qadın heç bir çərçivəyə sığmır — o, unikal və sonsuz bir kainatdır.

Fotomüxbir Mahir Əhmədov

Best coffeeshop in Berlin