Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Mətbuat Şurasında yazıçı-publisist Ulduz Qasımın yeni kitablarının təqdimatı keçirilib +FOTO=242, +VİDEO

Azərbaycan Mətbuat Şurasında Rusiyada yaşayan jurnalist, yazıçı və publisist, Sabiq tələbə yoldaşım və rəfiqəm Ulduz Qasımın “Qarabağın cənnət çiçəkləri”, “Böyüklüyün Böyükxanım zirvəsi” və “Maral” kitablarının təqdimatı keçirildi.

Şuranın Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə düzənlənmiş toplantının iştirakçıları - yazıçılar, jurnalistlər, alimlər, oxucular doğma yurddan uzaqda yaşamasına baxmayaraq qəlbi Vətən sevgisi ilə döyünən yazıçı-publisistin yaradıcılığının məhsulu olan əsərlərindən söz açmış, romanların təhlilini vermişlər.

Təqdimatda MŞ-nın Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, yazıçı-publisist Əlirza Xələfli, yazıçı, filologiya elmləri doktoru Elçin Mehrəliyev, əməkdar jurnalistlər Əntiqə Qonaq, Şəmsiyyə Kərimova, Əminə Yusifqızı, Rəhim Hüseynzadə, yazıçı Şövkət Zərin Horovlu, “Tərəqqi” medallı jurnalistlər Zərifə Bəşirqızı, Nəzakət Məmmədova, Bakı Slavyan Universitetinin dosenti, professor Flora Naci, jurnalist Zöhrə Əliyeva, yazıçı, tərcüməçi və şair, Tərəqqi medallı Anna Bartkulaşvili, jurnalist Lalə Cəfərova, pedaqoq və yazar Həcər Paşayeva, yazıçı-publisist və jurnalist Fazil Güney, yazıçı-tərcüməçi Kamran Nəzirli, yazıçı-publisist Nəzirməmməd Zöhrablı, yazıçı, tərcüməçi və publisist Təranə Məmməd, Bakı Dövlət Universitetinin dosenti Sevinc Tofiqqızı, şairə-publisist Elmira Aslanxanlı, fotojurnalist Rasim Sadıxov və başqaları çıxışlarında Ulduz Qasimın yaradıcılığına işıq salmışlar. Bildirildi ki, mühacir ədəbiyyatımızın tanınmış nümayəndələrindən olan U.Qasımın müxtəlif janrlı yazıları, şeir və hekayələri, oşerk və esselərində Qarabağ dərdi özünəməxsus yer tutur.

Tədbirin sonunda çıxış edən U.Qasım şəxsinə və yaradıcılığına verilən diqqətə, yüksək dəyərə, xoş sözlərə və ona zaman artırmasına görə toplantı iştirakçılarına təşəkkürünü bildirdi.

Əməkdar jurnalist Əntiqə Qonaq

Best coffeeshop in Berlin
https://youtu.be/rgtjULel4y8