Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Azərbaycanlı pilot Portuqaliyada ikinci yeri tutub

Portuqaliyanin Leiria şəhərindəki "Beynəlxalq Kartodromo de Leiria" trekində kartınq üzrə x30 kateqoriyalı yarış keçirilib. Yarışda azərbaycanlı pilot Davin Cəfərov da daxil olmaqla 18 idmançı mübarizə aparıb. Qeyd edək ki, kəskin döngələrə malik olan və uzunluğu 1006 metr təşkil edən bu yarışda Davin finişə ikinci çatıb. O, qalibdən cəmi 0,01 saniyə geri qalıb.

Bu ya yarışda "Birel Art' komandasını təmsil edən Cəfərov 26-28 sentyabr günlərində Bombarralda keçirilməsi nəzərdə tutulan ROTAX kateqoriyası üzrə yarışa dəvət alıb. O, daha sonra 29 sentyabrda İtaliyanın Lonato şəhərində BMB kateqoriyasi üzrə keçiriləcək "World Grand Final"a və 1-5 sentyabrda baş tutacaq dünya çempionatına qatılacaq. Dünya çempionatında Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiyanı təmsil edən pilotlar mübarizə aparacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin