Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

ADPU yeni tələbələrini qarşılayıb

Sentyabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bütün tədris binalarında, eləcə də Quba, Şəki, şamaxı, Ağcabədi və Cəlilabada filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində I tədris ili tələbələri üçün tanışlıq görüşləri təşkil edilib. Tanışlıq görüşlərində müvafiq sturukturların rəhbərliyi tərəfindən tələbələrə tədris və imtahan prosesi, kredit sistemi, universitetin infrasturukturu, sosial həyat, təqaüd imkanları və digər məsələlər barədə ətraflı məlumat verilib, tələbələrin sualları cavablandırılıb.
ADPU rektoru professor Cəfər Cəfərov Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələrlə görüşüb. Onları yeni tədris ilinin başlanması münasibətilə təbrik edən rektor tələbələrə tədris həyatlarında uğurlar arzulayıb və tövsiyyələrini bölüşüb.
Daha sonra bütün qruplarda keçirilən ilk dərslər "Konstitusiya və Suverenlik İli" mövzusuna həsr olunub.
Qeyd edək ki, Pedaqoji Universitetdə yeni qəbul olunan tələbələr üçün həftə ərzində universitet həyatının müxtəlif aspektləri ilə bağlı sislsilə infosessiyalar təşkil olunacaq.

Best coffeeshop in Berlin