Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 "Qarabağ" səfərdə "Benfika"ni rəzil edib

Dünən futbol üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsinə birinci turla start verilib. Qeyd edək ki, Avropanın ən səviyyəli klub turniri hesab edilən bu yarışda ölkəmizi təmsil edən "Qarabağ" futbol klubu birinci turu çərçivəsində Portuqaliyanın "Benfika" klubunun qonağı olub. Maraqlıdır ki, çempionumuz Avropanın qrandlarindan hesab edilən "Benfika" ilə səfər matçında özünü heç də qonaq kimi aparmayıb. Lissabondakı "Estadio da Luş" stadionunda baş tutan və taleyi belçikalı referi Erik Lambrextə həvalə edilən oyun "Qarabağ"in 2:3 hesablı qələbəsi ilə bitib.

Oyunda vurulan qollara gəlincə, hesabı 6-cı dəqiqədə ev sahiblərindən Entso Barrenceva açıb - 1:0. Bundan 10 dəqiqə sonra Vancelis Pavlidis (16-ci dəq) hesabı artırıb - 2;0. Maraqlıdır ki, Qurban Qurbanovun yetirmələri məhz bundan sonra oyunda dönüş yaratmağa və hesabı öz xeyirlərinə dəyişməyi bacarıblar. 30-cu dəqiqədə Leandro Andrade vurulan qollardan birinin əvəzini çıxıb - 2:1. Fasilədən sonra isə Kamilo Duran (48-cibdəq) səhnəyə çıxaraq, pozulan statusu bərpa edib -2:2.

Oyunda son nöqtəni isə Aleksey Kaşuk qoyub. 77-ci dəqiqədə Marko Yanukoviçi əvəz edərək meydana çıxan Kaşuk bundan 9 dəqiqə sonra "Qarabağ"a qələbə qazandıran qola imza atıb.

Beləliklə, "Qarabağ" UEFA Çempionlar Liqasınin əsas mərhələsinə səfərdə  qələbə ilə başlayıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin