Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə Milli Musiqi Günü qeyd olundu- ÖZƏL

Sentyabın 17-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağcabədi Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı ilə “18 Sentyabr – Milli Musiqi Günü” münasibətilə ümumrayon bayram tədbiri keçirilib. AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, muğam ustadı Yaqub Məmmədovun adını daşıyan Ağcabədi Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanları, YAP Ağcabədi rayon təşkilatı, Qarabağ Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və kollektivi, şəhid ailələri,rayon ictimaiyyəti, “N” saylı hərbi hissənin əsgər və zabitləri, habelə muğam-musiqisevərlər iştirak ediblər. 
Öncə mərkəzin foyesində MKS-nin təşkil etdiyi sərgilərə baxış keçirilib.
Tədbirin aparıcısı, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Mədəniyyət Mərkəzinin direktoru Turanə Şəxəliyeva tədbiri açıq elan etdikdən sonra nəğmələrimizin baş tacı, musiqisi elə dahi bəstəkar Üzeyir bəyə məxsusolan Dövlət Himnimiz səsləndirilib. Ümummilli lider Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Qarabağ Regional Mədəniyyət idarəsinin rəisi Aydın Bəşirov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseyn ovöz çıxışlarında qeyd ediblər ki, doğma Ağcabədidə dünyaya göz açan bəstəkar dünya musiqisinə olduqca qiymətli və tükənməz xəzinə bəxş edib. Şərqdə ilk operanın müəllifi olan korifey sənətkar musiqi dünyasının zirvəsini fəth eləmiş, Azərbaycan musiqisini yüksəklərə qaldırmışdır. Milli musiqi sənətimizin qızıl imzalı korifeyi Üzeyir bəyin nuru, ziyası Azərbaycan musiqi sənətini bundan sonra da əbədi olaraq işıqlandıracaqdır. Nə qədər Azərbaycan musiqisi, muğamı var – Üzeyir bəy də var! Nə qədər Azərbaycan operası var, Azərbaycan səhnəsi var, bütölükdə Azərbaycan xalqı var.
Bundan sonra Qarabağ  Regional Mədəniyyət idarəsinin tabeliyində olan Ağcabədi, o cümlədən Ağdam, Tərtər və Bərdə  musiqi kollektivlərinin ifasında əksəriyyəti Üzeyir bəyin repertuarından olan ölməz əsərlərdən ibarət rəngarəng konsert proqramı təqdim olunub. İfa olunan əsərlər, opera və musiqili komediyalardan hazırlanmış səhnələr, rəqslər tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb. 
Sondabir qrup fəal mədəniyyət işçisi Qarabağ Regional Mədəniyyət idarəsinin rəisi Aydın Bəşirov tərəfindən Fəxri fərman və hədiyyələrlə təltif olunub. 

Əziz ağcabədililər, milli musiqi gününüz mübarək olsun! 

Best coffeeshop in Berlin