(AZpressAZ-in arxivindən: 2024-cü il)
YADA DÜŞƏR XATİRƏLƏR
Tısbağanın ətindən zəhərlənən 8 uşaq öldü
Tanzaniyanın Pemba adasında dəniz tısbağasının ətini yedikdən sonra 8 uşaq ölüb, 78 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanalara aparılıb.
Tibbi müayinə nəticəsində uşaqların dəniz tısbağasının ətindən zəhərlənərək öldükləri təsdiqlənib.
Zəhərlənənlər qorxduqları üçün xəstəxanalara gec müraciət ediblər. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Bu, ilk belə hadisə deyil. 2023-cü ilin mart ayında Tanzaniyanın Hind okeanındakı Mafiya adasında dəniz tısbağası əti yeyən yeddi nəfər ölmüşdü.


