Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Formula 1 Bakıda doqquzuncu dəfə keçirilir- FOTOREPORTAJ

Bu gün Bakıda doqquzuncu dəfə Formula 1 Azərbaycan Qran Prisi start götürüb.

Uzunluğu 306,049 km olan Bakı treki 20 döngədən, yarış isə 51 dövrədən ibarətdir. Formula 1 yarışı ilk dəfə 2016-cı ildə Avropa Qran Prisi adı ilə Bakıda keçirilib, 2017-ci ildən isə Azərbaycan Qran Prisi kimi tanınır.

Bu illər ərzində Bakı Qran Prisinin qalibləri arasında Niko Rosberq (Almaniya), Daniel Rikkardo (Avstraliya), Lyuis Hamilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Hollandiya) olub. Peres 2023-cü ildə ikinci dəfə, McLaren komandasının üzvü Oskar Piastri isə 2024-cü ildə qalib gəlib. 2020-ci ildə Bakı yarışı COVID-19 pandemiyası səbəbindən ləğv edilib.

Ferrari komandasının sürücüsü Çarlz Lekler son dörd ildir ki, seçmə mərhələlərdə qalib gəlib.

Azərbaycan Qran Prisi ərəfəsində pilotların turnir cədvəlinə 324 xalla Oskar Piastri (McLaren) başçılıq edir. Onun komanda yoldaşı Lando Norris ikinci (293), Red Bull-dan Maks Ferstappen isə üçüncüdür (230). Konstruktorlar çempionatında McLaren 617 xalla inamla liderlik edir, Ferrari ikinci yerdə (280), Mercedes üçüncü yerdədir (260).

Fotoreportaj: Mahir Əhmədov

(Bildiririk ki,
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:

+99450 554 34 23- Mahir Əhmədov)

Best coffeeshop in Berlin