Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Formula 1 Azərbaycan Qran Prisinin ilk günü +FOTO=55

Bakıda minlərlə azarkeşin və dünya mediasının diqqətini cəlb edən Formula 1 Azərbaycan Qran Prisinin ilk gününə yekun vurulub.

Yarışın ilk günü həm Formula 2, həm də sərbəst məşqdə gərgin mübarizə ilə yadda qaldı.

İlk olaraq trasa 2-ci kateqoriyalı sürücülər çıxıblar. Rodin Motorsport-dan Aleks Dann sərbəst məşqdə qalib gəldi, Dams Lukas Oil-dən Cek Krouford isə təsnifat mərhələsində qalib gəldi.

Sonra tamaşaçıların diqqəti həftəsonunun əsas hadisəsi - Formula 1 yarışlarına yönəldi. McLaren-dən Lando Norris ilk sərbəst məşqdə ən sürətli vaxtı qeyd etdi, ikinci seansda isə Ferrari sürən Lyuis Hamilton vaxt cədvəlinin zirvəsinə yüksəldi.

Qeyd edək ki, yarış həftəsonu da davam edəcək və Qran Prinin qalibi sentyabrın 21-də bəlli olacaq.

Fotoreportaj: Xeyransa İsmayılova

(Bildiririk ki,
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:

+99470 837 92 04- Xeyransa İsmayılova)

Best coffeeshop in Berlin