Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 İlham Zəkiyev AÇ-da qızıl, Dürsədəf Kərimovasa gümüş medal qazanıb 

Gürcüstanın paytaxtı Tiflisdə paracüdo üzrə Avropa çempionatı keçirilib. Çempionatda iştirak edən Azərbaycan komandası biri qızıl, digəri gümüş əyarlı olmaqla, iki medal qazanıb. Qızıl medal bütün görüşlərini qələbə ilə başa vuran ikiqat Paralimpiya çempionu İlham Zəkiyevin (J1, +90 kq) aktivinə yazılıb. Qeyd edək ki, 1/4 finalda Oleq Crestulu (Moldova), yarımfinalda türkiyəli Gökhan Bicerini üstələyən Zəkiyev həlledici finalda isə İon Basecunu (Moldova) ipponla məqlub edib. Bununla da o, medallar kolleksiyasına AÇ-nin 9-cu qızıl medalını əlavə edib.

Gümüş medal isə finala qədər üç görüşdə qalib gələn  və yalnız həlledici finalda büdrəyən Dürsədəf Kərimovanın (J2, +70 kq) payına düşüb. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin