Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Paraüzgüçümuz Raman Salei dördqat dünya çempionudur 

Sentyabrın 27-də Sinqapurun eyniadlı şəhərində paraüzgüçülük üzrə dünya çempionatına start verilib. Çempionatın start günü Azərbaycan yığmasının üzvü, üçqat Paralimpiya çempionu adını daşıyan Raman Salei üçün uğurlu olub. Belə ki, o, ilk gündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1.01.58 nəticə ilə birinci olub və qızıl medal qazanıb. Bununla da, Tamam  karyerasında dördüncü dəfə dünya çempionu tituluna yiyələnib. Bundan sonra isə o, mundialda 100 metr məsafədə sərbəst və "batterfley", eləcə də 50 metr məsafəyə sərbəst üsulla üzəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin