Azərbaycan taekvondoçuları Polşada 3 medal qazanıblar
20-21 sentyabr günlərində Polşada böyüklər arasında taekvondo üzrə ənənəvi "Polish Open-2025" beynəlxalq turnir keçirilib. Turnirdə Azərbaycandan olan dayanq ustaları da mübarizə aparıblar. ATF-dən verilən məlumata görə, təmsilçilərimiz turnirdə biri qızıl, ikisi bürünc əyarlı olmaqla, 3 medal qazanıblar.
Qızıl medal bütün döyüşlərini qələbə ilə başa vuran Minayə Əkbərovanin (46 kq), bürünclər isə çıxışını üçüncü yerdə bitirən Qasım Maqomedovla (63 kq) Cavad Ağayevin (80 kq) aktıvinə yazılıb.
İNTİQAM Məmmədov


