Veterana birlikdə Azadlıq tələb edək!- ŞİKAYƏT MƏKTUBU
Başçının sürücüsü mənim yavaş gedən maşınımı keçmisən deyə Qarabağ veteranını həbs elətdirə bilirsə, görün Başçı nələrə qadirdir! Başçıdan, Polisdən və Məhkəmədən bilmirsən humanizm gözləyəsən, yoxsa rayonda insanları əzməmələri üçün xahiş edəsən, yalvarasan! Belə çıxır ki, XXI əsrin qoçuları Başçıların sürücüləridir, bəlkə də hər şeyləri!
21 sentyabr 2020-ci ildə onları Vətən müharibəsi üçün toplamışdırlar. 21 sentyabr 2025-ci ildə Veteran Başçının sürücüsünü ötmə əməliyyatı etdiyi üçün haqsız yerə həbsdə yatmalı olur. Psixologiya pozulmasın, neyləsin! Bir tərəfdən ermənilərlə döyüşlərin izləri, bir tərəfdən haqq-hüquq bilməyənlərin travmaları. Ağsuda təəssüf ki, vəziyyət belədir və birinci deyil.
O mərd ata iki oğul göndərmişdi, iki oğulu veterandır.
Cənab Prezident, Biz birlikdə güclüyük! şüarı Vətən müharibəsinin şüarı idi. Xalq və Prezident! Biz bu şüara sadiqik! Gəlin, Veterana birlikdə Azadlıq tələb edək! Başçı və sürücülərinin şərindən onları bu müqəddəs günlərdə də olsa qoruyaq!
Tədbir görüləcəyinə inanaraq minnətdarlıq edirik!
QEYD:
Redaksiya qarşı tərəfin də məsələ ilə bağlı mövqeyini yayımlamağa hazırdır.
ŞİKAYƏT MƏKTUBU AŞAĞIDADIR:


