Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Abşeron Lions" Avrokubokda debüt edəcək 

Bu gün kişi basketbol klubları arasında "FİBA Avropa Cup-2025" turnirində təsnifat oyunlarına start veriləcək. Sözügedən turnirdə ölkəmizi təmsil edən "Abşeron Lions" klubu Bakı İdman Sarayında Kiprin "Anorthosis" klubunu qəbul edəcək. Oyun yerli vaxtla saat 19:00-da başlanacaq. Yeri gəlmişkən, bu "Abşeron Lions"un Avrokubokda debüt matçı olacaq.

Yeri gəlmişkən, sentyabrın 26-da isə eyni məkanda Azərbaycan Basketbol Liqasında (ABL) 2025-2026-ci illər mövsümünə start veriləcək. Qeyd edək ki, mövsümün saat 19:00-da başlanacaq ilk matçında "Neftçi" İK-lə "Sabah" BK qarşılaşacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin