"Abşeron Lions" Avrokubokdaki debütünu qələbə ilə başa vurub
Sentyabrın 24-də kişi basketbol klubları arasında Avropa Kuboku uğrunda turnirə təsnifat mərhələnin oyunları ilə start verilib. Sözügedən turnirdə ölkəmizi təmsil edən "Abşeron Lions" klubu doğma divalar arasında Kiprin "Anorthosis" klubunu qəbul edib. Bakı İdman Sarayında baş tutan oyun Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 89:73 (26:11, 29:20, 22:15, 12:27). Bununla da "Abşeron Lions" debüt etdiyi Avropa Kubokuna qələbə ilə başlayıb.
Oyunun gedişatına gəlincə, ilk hissə çempionumuzun açıq-aşkar üstünlüyü ilə bitib - 26:11. İkinci və üçüncü hissəni də (29:20 və 22:15) üstünlüyü ilə başa vuran "Abşeron Lions" son hissədə təşəbbüsü əldən verib (12:27). Nəticədə də üçüncü hissədən sonra tabloda görsənən 77:46 rəqəmi dəyişərək sonda 89:73 olub.
Matçın ən yaxşı oyunçusu adına isə dabl-dabl edərək özünün və komandasının aktıvinə 16 xal yazdıran və 10 podborla yadda qalan Sadettin Donat ("Abşeron Lions") layiq görülüb.
Xatırladaq ki, cavab oyunu oktyabrın 1-də Limadolda (Kipr) keçiriləcək.
İNTİQAM Məmmədov


