U-19 millimiz AÇ-ya qatılacaq
Sentyabrın 30-dan oktyabrın 9-dək Çexiyanın Ostrava şəhərində 19 yaşlı (U-19) boksçular arasında Avropa çempionatı keçiriləcək. Çempionatda Azərbaycan ikisi zərif cinsdən olmaqla 8 boksçu ilə təmsil olunacaq. ABF-dan verilən məlumata görə, baş məşqçi Elburus Rzayev və məşqçilər Yadigar Məmmədovla Elvin Məmişzadənin rəhbərliyi altında qitə çempionatına qatılacaq oqlanlardan ibarət U-19 millimizin heyətində Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hümbətov (55 kq), Sübhan Babayev (60 kq), Rza Rzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Məhəmməd Cəfərov (+90 kq) cəmləşib.
Məşqçi Anar Baxşıyevin rəhbərlik etdiyi qızlardan ibarət U-19-un heyətində isə Banuçiçək Nəsirli (48 kq) və İlkanə Əhmədova (+80 kq) cütlüyü yer alıb.
Komandamız sentyabrın 29-da ABF İdarə Heyetinin üzvü Rövşən Hüseynovun rəhbərliyi altında Çexiyaya yollanacaq.
İNTİQAM Məmmədov


