Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçilərimiz Novosibirsk turnirinə qatılıblar 

Bu gün Rusiyanın Novosibirsk şəhərində SSRİ Qəhrəmanı Aleksandr Aksyonovun xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə keçirilən və sayca dördüncü olan beynəlxalq turnirə start veriləcək.

AZpress.AZ-a AGF-dən verilən məlumata görə, ölkəmiz bu turnirə məşqçilər Sabah Şəriəti və Zöhrab Abbasovun rəhbərliyi altında 9 güləşçi ilə qatılıb.

Heyətdə Rəşad Məmmədov, Fərid Sadıxlı ( hər ikisi 55 kq), Məhəmməd Şükürzadə (67 kq), Təvəkkül Həziyev (72 kq), Rəvan Nuruyev (77 kq), Arif Niftullayev, Məhəmməd Əhmədiyev ( hər ikisi 97 kq) və Sərxan Məmmədov (130 kq) cəmləşib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin