Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

III MDB Oyunları: Üç azərbaycanlı stolüstü tennisçi finalda

Üç azərbaycanlı idmançı III MDB Oyunları çərçivəsində stolüstü tennis üzrə fərdi yarışların finalına vəsiqə qazanıb.
AZpress.AZ xəbər verir ki, stolüstü tennis yarışlarının ikinci günündə 2008 və 2011-ci il təvəllüdlü oğlanlar və qızlar arasında fərdi yarışların finalçıları müəyyənləşib. Adil Əhmədzadə və Mərziyyə Nurmətova (hər ikisi 2008-ci il təvəllüdlü), həmçinin Onur Quluzadə (2011-ci il təvəllüdlü) finala yüksəliblər. Final oyunları sentyabrın 29-da keçiriləcək.
Eyni zamanda, Yağmur Məmmədli (2011-ci il təvəllüdlü) yarımfinalda uduzaraq bürünc medalın sahibi olub.  

Best coffeeshop in Berlin