Azərbaycan cüdoçuları Çexiya turnirinə 4 medalla başlayıblar
Açıq Avropa Turnirində Azərbaycan finalı baş tutub
Sentyabrın 27-də Cexiyanin paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turnirinə start verilib. Turnirin ilk günü, yarışa böyük heyətlə (16 oğlan və 12 qız) heyətlə qatılan Azərbaycan yığması üçün uğurlu olub. ACF-dən verilən məlumata görə, start günü tatamiyə çıxan cüdoçularımızdan dördü daha yaxşı güləşərək mükafatçılar sırasında yer alıb. Medallardan biri qızıl, biri gümüş, ikisi isə bürünc əyarlı olub. Qızıl medal bütün görüşlərini qələbə ilə başa vuran İslam Rəhimovun (66 kq) aktivinə yazılıb. Gümüş medal həlledici finalda öz komanda yoldaşı Rəhimova uduzan Nazir Talıbovun payına düşüb. Bürünc medalları isə çıxışını üçüncü yerdə bitirən Hüseyn Allahverdiyevlə Murad Muradlinin ( hər ikisi 60 kq) əldə edib.
Turnirdə Azərbaycan da daxil olmaqla 35 ölkədən 405 cüdoçu mübarizə aparır.
İNTİQAM Məmmədov


