MDB oyunlarında ölkəmiz 37 boksçu ilə təmsil olunacaq
Azərbaycanın ev sahibliyi etdiyi və sayca üçüncü olan MDB Oyunları davam edir. Qeyd edək ki, ev sahibi Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Rusiya, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan təmsilçilərinin iştirak etdiyi bu Oyunlarda boks yarışlarına sentyabrın 29-da start veriləcək və oktyabrın 5-də başa çatacaq. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə ölkəmiz bok yarışında 11-i zəif cinsdən olmaqla 37 boksçu ilə təmsil olunacaq. Oqlanlardan ibarət komandaya baş məşqçi Vaqif Kazımov, məşqçilər Aqasi Məmmədovla Teymur Məmmədov rəhbərlik edəcək. Qızlar komandası isə yarışa baş məşqçi İlkin Ağayev və məşqçi Elnur Piriyevin rəhbərliyi altında qatılacaq.
Boks yarışlarının supervayzeri Emil Qurbanəliyev, baş hakimi Anar Babanlı olacaq.
Döyüşləri Azərbaycan ( 15), Rusiya, Belarus, Özbəkistan, Tacikistan və Türkmənistandan olan referilər idarə edəcəklər.
İNTİQAM Məmmədov


