Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Xətai Sənət Mərkəzində fərdi sərgi

2024-cü il mart ayının 16-da Xətai Sənət Mərkəzində Bakı şəhər 248 nömrəli məktəbin 6-cı sinif şagirdi Kərimzadə Məlahət Cavid qızının fərdi sərgisi keçirilmişdir. Məlahətin cəmi 11 yaşı olmasına baxmayaraq çox gözəl peşəkar rəsm əsərləri qonaqları heyrətləndirmişdi.Tədbirdə sevimli tələbəsinə rəsm çəkməyin sirlərini öyrədən Kərimova Samirə müəllimənin əziyyəti xüsusi qeyd edildi. Dəvət edilən qonaqlar sırasında II Qarabağ müharibəsi iştirakçısı, Milli məclis nümayəndəsi, ABŞ-da təhsil almış savadlı gənclər və digər mötəbər qonaqlar var idi.
Milli ornamentlərin, qədim ənənələri əks etdirən əşyaların sərgidə yer alması tədbirə xüsusi gözəllik qatırdı.
Uşaqların istedadının inkişafı naminə təşkil olunmuş bu cür tədbirlər təqdirəlayiq hal hesab olunur və sərgiyə dəvət edilən şəxslər tərəfindən yüksək səviyyədə qiymətləndirildi.

Mahir Əhmədov

Best coffeeshop in Berlin