Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Abşeron Lions" ABL-da yeni mövsümə qələbəylə başlayıb

Kişi basketbol klublarının mübarizə apardığı Azərbaycan Basketbol Liqasında (ABL) yeni mövsümün (2025-2026-ci illər) birinci turu çərçivəsində daha bir oyun keçirilib. Söhbət Xırdalandakı "Abşeron" OİK-də (Olimpiya İdman Kompleksi) baş tutan "Abşeron Lions" - "Şəki" matçından gedir. Həmin görüş ev sahibinin 11 xal fərqli qələbəsi ilə bitib - 91:80 (26:19, 17:21, 27:29, 21:11).  Bununla da "Abşeron Lions" həm ölkəmizi təmsil etdiyi Avropa Kubokunda, həm də ABL-da yeni mövsümə qələbəylə başlayib. Xatırladaq ki, "Abşeron Lions" bir neçə gün öncə Bakı İdman Sarayında Avropa Kubokunun təsnifat mərhələsi çərçivəsində Kiprin "Anorthosis" klubunu məqlub edib - 89:73. Cavab oyunu oktyabrın 1-də Kiprdə keçiriləcək. 

Yeri gəlmişkən, ABL-da yeni mövsümün birinci turu çərçivəsində ilk oyunda Azərbaycan çempionu "Sabah"la vitse-cempion "Neftçi" qarşılaşıb. Oyun çempionun qələbəsi ilə başa çatıb - 86:75. 

ABL-da birinci turun növbəti matçı sentyabrın 30-da Bakı İdman Sarayında NTD Baku ilə "Gəncə" BK arasında olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin