Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Külli miqdarda dərman vasitələri aşkar edilib +FOTO=3

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən külli miqdarda dərman vasitələri aşkar edilib.
AZpress.AZ xəbər verir ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından ölkə ərazisinə ərzaq məhsulları gətirən yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən olunub.
Yük yerinə baxış zamanı 33 ədəd qutudan gömrük orqanına bəyan edilməyən, müxtəlif adda, ümumi sayı 44120 ədəd olan dərman vasitələri  aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Best coffeeshop in Berlin