Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan taekvondoçuları MDB oyunlarında 11 medala yiyələniblər 

Ölkəmizdə yeniyetmələr (14-17 yaş aralığı) arasında keçirilən üçüncü MDB Oyunları davam edir. Qeyd edək ki, Oyunların proqramına daxil olan taekvondo yarışları Azərbaycan komandası üçün uğurlu olub. ATF-dən verilən məlumata görə, taekvondocularimiz bu yarışda üçü qızıl, ikisi gümüş və altısı bürünc əyarlı olmaqla 11 medal qazanıblar. Qızıl medallar bütün görüşlərini qələbə ilə başa vuran Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) triosunun aktıvinə yazılıb. Gümüşləri yalnız son həlledici döyüşdə uduzan Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) cütlüyü qazanıb. Bürünc medallar isə çıxışını üçüncü yerdə bitirən Səlimə Quliyeva (46 kq), Nilufər Borji (53 kq), Tamerlan Yaqubov (54 kq), Nərgiz Kazımova (62 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev ( hər ikisi 87 kq) payına düşüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin