Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanın cüdo yığması 7 medalla Çexiyada ikinci olub

27-28 sentyabr günlərində Çexiyanin paytaxtı Praqada kişi və qadın cüdoçular arasında Açıq Avropa Turniri keçirilib. ACF-dən verilən məlumata görə, turnir Azərbaycan yığması üçün uğurlu olub. Beləki, iki gün davam edən turnirdə Azərbaycan millisi 7 (2-1-4) medal qazanıb ki, bu da yiqmamiza komanda hesabında 35 yiqma arasında ikinci olmaq imkanı verib. Medallardan 5-i (2-1-2) kişilərin payına düşüb. Bu nəticə ilə kişi yiqmamiz  kişilərin yarışında birinci yeri tutub.

Qazanılan medallara gəlincə, qızıllar bütün görüşlərini qələbə ilə başa vuran İslam Rəhimovla (66 kq) Məhərrəm İmamverdiyevin (81 kq) aktivinə yazılıb. Yeganə gümüş medal həlledici final görüşündə öz komanda yoldaşı Rəhimova uduzan Nazir Talıbovun (66 kq) payına düşüb. Bürünc medalları isə kiçik finalda qalib gələrək üçüncü yeri tutan Hüseyn Allahverdiyev, Murad Muradlı (hər ikisi 60 kq), Könül Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) qazanıb. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin