Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Madrid "Real"i "Kayrat"ı səfərdə darmadağın edib

Sentyabrın 30-da futbol üzrə UEFA Çempionlar Liqasınin əsas mərhələsində ikinci tura start verilib. Turun ilk oyunu Qazaxıstanda yerli "Kayrat"la "Real" (Madrid) arasında baş tutub. Qeyd edək ki, sözügedən turnirin əsas mərhələsində debüt edən "Kayrat" qonaqinin təzyiqinə tab gətirə bilməyib və nəticədə doqma divalar arasında darmadağın hesabla məğlub olub -0:5. İlk hissədə ev sahibini cəmi bir topla cəzalandıran "Kral klubu" fasilədən sonra rəqibinin qapısını qol atəşinə tutaraq daha 4 qol vurub. Bununla da, 6.5 min km məsafəni qət edərək Avropadan Asiyaya uçan "Real" istəyinə nail olub. Bu qələbədən sonra aktivindəki xalların sayını 6-ya çatdıran Madrid təmsilçisi yarış cədvəlində liderliyi ələ alıb. Matçın diqqətçəkən məqamlarından biri Kilian Mbappenin het-trik etməsi olub. Bu isə ona  turnirin bombardirləri siyahısında liderlik mövqeyini möhkəmləndirmək imkanı verib. O, iki oyunda 5 qol vurub. "Kayrat"la görüşün 25-ci dəqiqəsində penaltı ilə hesabı açan (0:1) Mbappe 52-ci dəqiqədə Kurtuanin, 74-cubdəqiqədə isə Arda Gülərin ötürməsini qola çevirib - 0:3. Matçda 4-cu qolu 83-cu dəqiqədə Rodtiqunun ötürməsindən sonra Eduardo Kamavinqa vurub - 0:4. Matçda son nöqtəni 90+3 dəqiqədə Dias Braim qoyub. O, Qonsalo Qarsiyanın ötürməsini qola çevirib - 0:5.

Yeri gəlmişkən, üçüncü turda "Real" "Yuventus"u qəbul edəcək. "Kayrat" isə səfərdə "Pafos"un qonağı olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin