Avropa rus almazlarına görə məhdudiyyətlərdən şikayətləndi
Avropalı zərgərlər Rusiyadan gələn brilyantlarla bağlı məhdudiyyətlərdən şikayətləniblər.
Avropalı treyderlər Avropa İttifaqının (Aİ) almazlarla bağlı Rusiyaya qarşı sanksiya qanunvericiliyini absurd hesab ediblər.
Məhdudiyyətlər qüvvəyə mindikdən sonra Avropa Komissiyası (AK) yeni addım ataraq, bloka daxil olan bütün brilyantların Rusiya mənşəli olub-olmadığını yoxlamaq üçün Antverpenə göndərilməsini əmr edib.
Ticarətçilər bunun nəticəsində yaranan uzun gecikmələrdən, əlavə xərclərdən və müştərilərin narazılığından, həmçinin məmurlardan brilyantların hər partiyasının mənşəyini təsdiq edən çoxsaylı sənədlərin tələb olunmasından gileylənirlər. İndi bürokratiyaya görə sifarişlərin yerinə yetirilməsi prosesi əvvəlki iki gün əvəzinə iki həftəyə qədər vaxt aparır.


