Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallı UGİŞM yetirməsinin III MDB Oyunlarında ilk qələbəsi

 

III MDB Oyunlarında Azərbaycanı təmsil edən 17 yaşadək oğlanlardan ibarət voleybol komandasının kapitanı, hücumçu Həsən Tağızadə Masallı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsidir.
Qeyd edək ki, ölkə yığmasının 17 yaşlı üzvü Həsən Fədail oğlu Tağızadə Masallı rayonunun Türkoba kəndindəndir. Onun idmana gəlişində və peşəkar səviyyədə inkişafında Masallı UGİŞM-in məşqçi-müəllimləri, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Sufəddin Məmmədovun və Maşalla Cahangirovun əməyini xüsusi qeyd etmək lazımdır.
Sevindirici haldır ki, millimiz III MDB Oyunlarına qalibiyyətlə başlayıb. Sentyabrın 30-da, Gəncə İdman Sarayında Qırğızıstanla qarşılaşan yığmamız 3:0 hesabı ilə qələbə qazanıb.
Məlumat üçün bildirək ki, “A” qrupunda mübarizə aparan Azərbaycan millisi oktyabrın 2-də (saat 18:30) Özbəkistan, oktyabrın 4-də (saat 18:30) Rusiya, oktyabrın 6-da (saat 19:00) Belarus komandası ilə görüşəcək. 
Azərbaycan yığması bu mötəbər turnirdə uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil etməyə çalışır. İlk qələbə, xüsusən də Masallı UGİŞM-nin uğurlu yetirməsi Həsən Tağızadənin parlaq oyunu fonunda, gənc idmançılarımızın gələcəyinə olan inamı daha da artırır.
Komandamıza növbəti oyunlarda uğurlar arzulayırıq!

Akif AĞAYEV

Best coffeeshop in Berlin