III MDB Oyunları çərçivəsində Şuşa və Xankəndiyə mediatur təşkil edilib
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə mediatur təşkil edilib.
Mediatur zamanı 60-dan çox xarici və yerli media nümayəndəsi əvvəlcə Şuşanın tarix-mədəniyyət abidələri ilə - Mərkəzi meydan, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Qala qapıları, Yuxarı Gövhər Ağa məscidi və Cıdır düzü ilə tanış olublar. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları onlara şəhərin tarixi, abidələri və təbiəti barədə məlumat veriblər.
Media nümayəndələri Şuşadan sonra Xankəndi şəhəri ilə tanış olub, III MDB Oyunlarının keçirildiyi Xankəndi şəhər stadionunda kamandan oxatma yarışlarını izləyiblər.
Fotolar: Mahir Əhmədov
(Bildiririk ki,
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: +99450 554 34 23- Mahir Əhmədov)


