Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Beş oğlan və altı qız boksçumuz MDB Oyunlarının finalına yüksəlib 

Ölkəmizdə yeniyetmələr arasında keçirilən üçüncü MDB Oyunları davam edir. Sentyabrın 3-də Yevlax Olimpiya İdman Kompleksində boksçuların yarışında yarımfinal döyüşləri keçirilib və finalçılar müəyyənləşib. ABF-dən verilən məlumata görə, qızlardan ibarət yığma komandamızın 6, oğlan millimizin isə 5 üzvü bu mərhələni də qələbə ilə başa vuraraq, həlledici finala yüksəlib. 

Oktyabrın 4-de baş tutacaq qızların final yarışında Aysel Fərəcova (46 kq) Viktoriya Kilimovayla (Rusiya), Gülər Hüseynova (48 kq) Darya Qavrinayla (Rusiya), Əminə Taqi (50 kq) Nazakat Mardanovayla (Özbəkistan), Cəmilə Muradlı (54 kq) Kumriniso Muammadovayla (Özbəkistan), Aynur İsmayılova (60 kq) Jasmin Abramianla (Qazaxıstan), Fidan Namazova (63 kq) isə Özbəkistan təmsilçisi Ruşanabonu İsayeva ilə qarşılaşacaq.

Oktyabrın 5-də isə oğlanların final döyüşləri baş tutacaq. Bu finallarda isə yiqmamizin üzvlərindən Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abasli (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) rinqə çıxacaq.

Yeri gəlmişkən, qızlardan 4, oğlanlardan isə 9-u MDB Oyunlarında üçüncü yeri tutmaqla bürünc medala layiq görülüb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin