Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Sentyabrın 27-dən oktyabrın 3-dək  Yaponiyanın paytaxtı Tokioda ənənəvi karate-do üzrə sayca 17-ci dünya çempionatı keçirilib. Azərbaycan Karate Federasiyasından (AKF)  verilən məlumata görə, Gündoğan Ölkədə təşkil edilən bu mundialda Azərbaycan da daxil olmaqla, 41 ölkədən 700-dək karateçi medallar uğrunda mübarizə aparıb. Qeyd edək ki, sözügedən yarışda ölkəmizi qurumun ənənəvi karate üslubu birliyinin sədri Əhməd Əfəndiyevin rəhbərliyi altında müxtəlif yaş qruplarından olan 7 idmançı təmsil edib. Onlardan isə 4-ü daha yaxşı çıxış edərək bürünc medala layiq görülüb.

Medal qazanan təmsilçilərimiz arasında ən yaxşı nəticəni gənclər arasında çıxış edən Salman Salmanov göstərib. O, kara üzrə yarışda bütün rəqiblərini geridə qoymaqla qızıl medala layiq görülüb.

Böyüklər arasında çıxış edən İmran Quluzadə (74 kq) isə kumite yarısında ikinci yeri tutaraq, gümüş medal qazanıb. Eyni yarışa qatılan Mehman Eynullayevsə (+75 kq) üçüncü yeri tutub. Daha bir təmsilcimiz - 15 yaşlıların yarışında iştirak edən Ayxan Şabanzadə də bürünc medal qazanıb.

Daha bir bürünc medal isə heyəti Fuad Əliyev, Elbrus Abdullayev, İmran Quluzadə və Mehman Eynullayevdən ibarət olan komandamızın aktivinə yazılıb. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin