Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

MDB oyunlarda 6 finaldan cəmi 1 qızıl

Ölkəmizdə yeniyetmələr arasında keçirilən və sayca üçüncü olan MDB oyunlarının proqramına daxil olan boks yarışlarında qızların çıxışına oktyabrın 4-də Yevlax Olimpiya İdman Kompleksində baş tutan həlledici final döyüşləri ilə yekun vurulub. 

ABF-dən verilən məlumata görə, finalda 6 təmsilçimiz çempionluq uğrunda rinq döyüşünə çıxıb. Təəssflər olsun ki, 6 finaldan yalnız biri qızılla nəticələnib. Qeyd edək ki, MDB çərçivəsində Azərbaycan boksu tarixində qazanılan bu ilk qızıl medal 48 kq çəkidə rinqə çıxan və rusiyalı Darya Qavrinayla döyüşdən qalib ayrılan Gülər Hüseynovanin adına yazılıb - 4:1 (29:28, 28:29, 29:28, 30:27, 30:27). 

Final döyüşünə çıxan digər 5 boksçumuz - Aysel Fərəcova (46 kq), Əminə Taqi (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq) və Fidan Bakarova (63 kq) isə məqlub olaraq ikinci yer və gümüş medalla kifayətlənib. 

Onu da qeyd edək ki, final döyüşündən bir gün öncə isə 4 təmsilçimiz finala çıxışda uduzaraq bürünc medal qazanıb.

Bununlada, yeniyetmə qızlardan ibarət boks millimiz üçüncü MDB oyunlarını 9 (1-4-4) medala bitirib. Əvvəlki iki Oyunlardan fərqli olaraq yiqmamiz bu dəfə rekord nəticə göstərib. Belə ki, millimiz Rusiyada təşkil edilən 1-ci MDB Oyunlarında 3 bürünc, Belarusda təşkil edilən 2-ci Oyunlarda isə 5 (0-2-3) medal qazanıb.

Oktyabrın 5-də isə oğlanların final döyüşləri keçiriləcək. Burada isə 5 boksçumuz çempionluq uğrunda həlledici final görüşünə çıxacaq. Bir gün öncə isə oğlanların yarımfinal döyüşləri keçirilib və 9 təmsilçimiz çıxışını üçüncü yerdə bitirməklə bürünc medal qazanıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin