Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın voleybol millimizin AÇ-2026-dəki rəqibləri müəyyənləşib 

Oktyabrın 4-də İtaliyanın Barı şəhərində voleybol üzrə 2026-cı ildə qadınlar arasında keçiriləcək Avropa çempionatının (EuroVolley-2026) püşkatma mərasimi keçirilib. Bununlada sözügedən turnirdə iştirak edəcək Azərbaycan millisinin yer aldığı qrup və təqibləri müəyyənləşib. AVF-dən verilən məlumata görə, baş məşqçisi təcrübəli mütəxəssis Faiq Qarayev olan Azərbaycan millisi turnirin "C" qrupunda yer almaqla, Hollandiya, Portuqaliya, İspaniya, Rumıniya və Belçika yığmasına rəqib olub. Yeri gəlmişkən, çempionatın oyunları Bakı, İstanbul (Türkiyə), Brno (Çexiya) və Goteborqda (İsveç) keçiriləcək.

Xatırladaq ki, bu mərasimdə ölkəmizi AVF İdarə Heyətinin üzvü Elqar Bağırova milinin üzvü (kapitan)  Ayşən Abduləzimova təmsil edib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin