"Azəryol" qadın həndbol klubu Avropa Kubokuna evdə məğlubiyyətlə başlayıb
Dünən qadın həndbol klubları arasında Avropa Kubokuna 1/32 final oyunları ilə start verilib. Ölkəmizi bu turnirdə təmsil edən "Azəryol" (Mingəçevir) klubu 1/32 final mərhəsi çərçivəsində Avstriyanın "Yunion Kornoyburq" klubunu Bakıdakı ABU Arenada qəbul edib. Təəssflər olsun ki, dünən baş tutan ilk oyun qonaq komandanin qələbəsi ilə bitib -26:40 (17:21).
Əvvəlcədən tərəflər arasında əldə olunan razılaşmaya görə hər iki oyunun (səfər və ev oyunu) Bakıda keçirilməsi nəzərdə tutulur. Odur ki, bu gün saat 16:00-da eyni məkanda cavab oyunu keçirəcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



