Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Rənglərin Pıçıltısı” sərgisi
Müasir İncəsənət Mərkəzində təqdim olundu

5 oktyabr tarixində Rəssamlar İttifaqının Müasir İncəsənət Mərkəzi Qalereyasında *“Rənglərin Pıçıltısı” adlı rəsm sərgisi* keçirilib. Tədbir *Təhminə Qəhrəmanova və Şəms Səttarzadənin* təşkilatçılığı ilə baş tutub.

Sərgidə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən rəssamların əsərləri nümayiş olunub. Ekspozisiyada yalnız rəngkarlıq nümunələri deyil, həm də müasir üslubda işlənmiş *abstrakt-dekorativ əl işləri* tamaşaçıların diqqətinə təqdim edilib.

Sərginin kuratorları *Şəms Səttarzadə və Təhminə Qəhrəmanova* bildiriblər ki, layihənin əsas məqsədi rəssamların yaradıcılığının daha geniş auditoriyaya tanıdılması, əsərlərinin satışına dəstək göstərilməsi və incəsənətin cəmiyyətə daha əlçatan formada təqdim olunmasıdır.

Best coffeeshop in Berlin