Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Neftçi" ABL-in ikinci turunda "Şəki"ni məğlub edib 

Oktyabrın 9-da kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) 2025-2026-ci illər mövsümünün ikinci turuna start verilib. Turun ilk oyunu Bakı İdman Sarayında ev sahibi rolunda çıxış edən "Neftçi" ilə Şəkinin eyniadlı klubu arasında keçirilib. Qarşılaşma "Neftçi"nin qələbəsi ilə başa çatıb - 92:68 (23:22, 23:16, 25:14, 23:16). 

Oktyabrın 10-da isə ikinci tur çərçivəsində daha iki oyun keçiriləcək. Günün ilk oyunu saat 14:00-da Quba Olimpiya İdman Kompleksində yerli "Quba" ilə ORDU arasında olacaq. Saat 19:00-da Bakı İdman Sarayında "Abşeron Lions" "Gəncə" klubunu qəbul edəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin