Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Azərbaycan yığmaları AÇ-da erməniləri məğlub ediblər 

Gürcüstanın Batumi şəhərində kişi və qadınlar arasında şahmat üzrə keçirilən və Azərbaycan komandalarınin da iştirak etdiyi Avropa çempionatı davam edir. İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan bu çempionatda oktyabrın 10-da sayca 6-cı turun partiyaları keçirilib. Hesabat turunda hər iki komandamız Ermənistan yığmaları ilə qarşılaşıb. Maraqlıdır ki, hər iki komandamız erməniləri məğlub edib. Heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlının yer aldığı kişi komandamız rəqibini 2,5:1,5 hesabla üstələyib. Məmmədyarovun qalib gəldiyi bu oyunda qalan şahmatçılarımız rəqiblə sülh bağlayıb. Bu qələbədən sonra kişi komandamızın aktivindəki xalların sayi 9-a çatıb. Hazırda Azərbaycan yarış cədvəlində Ukrayna və Hollandiyadan sonra üçüncü yerdədir.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Xanım Balacayevadan ibarət heyətlə tura çıxan qadın millimiz isə erməniləri 3:1 hesabla məyus edib.  Ülviyyə ilə Gülnarım qalib gəldiyi hesabat turunda Gövhərlə Xanım heç-heçə oynayıb. Qadın komandamız 6 turdan sonra 8 xalla 6-ci pillədə yer alıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin