Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Abşeron Lions" "Gəncə"ni evdə, "ORDU" isə "Quba"nı səfərdə udub

Oktyabrın 10-da kişi basketol klublarının mübarizə apardığı ABL-nın 2025-2026-ci illər mövsümünün ikinci turu çərçivəsində daha iki oyun keçirilib. Oyunlardan biri saat 15:00-da Qubadakı Olimpiya İdman Kompleksində yerli "Quba" ilə ORDU klubu, digəri isə Bakı İdman Sarayında "Abşeron Lions" ilə "Gəncə" BK arasında baş tutub (saat 19:00).

Oyunların birində ev sahibi, digərində isə qonaqlar qələbəyə sevinib.

"Abşeron Lions" qonağını 96:94 (12:13, 24:17, 13:22, 26:24), özünü qonaq kimi aparmayan ORDU isə səfərdə"Quba"-nı 68:96 (11:21, 20:30, 18:25, 19:20) hesabla məğlub edib. 

Bir gün öncə isə Bakı İdman Sarayında "Neftçi" klubu "Şəki"-ni üstələyib - 92:68.

Oktyabrın 11-də 2-ci tur çərçivəsində daha bir oyun keçiriləcək. Milli Gimnastika Arenasında "Sabah" klubu "NTD Baku" ilə üzləşəcək ( saat 19:00).

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin