Millimiz Fransaya böyük hesabla uduzub
Oktyabrın 10-da futbol üzrə DÇ-2026-nin seçmə qrup oyunları çərçivəsində üçüncü turun oyunları keçirilib. Turnirin "D" qrupunda yer alan Azərbaycan millisi yeni baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında üçqat dünya çempionu adını daşıyan Fransa yığması ilə qarşılaşıb. Paytaxt Parisdəki "Park-de-Prens" stadionunda keçirilən və taleyi norveçli referi Raxit Saqqiyə həvalə edilən oyunda meydan sahibi böyük hesablı qələbə qazanıb - 3:0 (1:0).
Millimizin qapısına vurulan qollara gəlincə, hesabı 45+2 dəqiqədə Fransa millisinin kapitanı, dünya ulduzlarından biri olan Klian Mbappe açıb - 1:0. Fasilədən sonra "xoruzlar" daha iki dəfə fərqləniblər. Matçın 69-cu dəqiqəsində Adrien Rabye dəqiq zərbə ilə hesabı 2:0-a çatdırıb. 84-cü dəqiqədə isə Florian Taven səhnəyə çıxaraq qapımızdan üçüncü qolu keçirib.
Həmin gün "D" qrupunda keçirilən digər oyunda isə, Ukrayna millisi səfərdə İslandiya üzərində inamlı qələbə qazanıb - 3:5.
İlk üç turdan sonra "D" qrupunda komandaların turnir vəziyyəti belədir:
Komanda O Q H M T/F X
1. Fransa 3 3 0 0 7-1 9
2. Ukrayna 3 1 1 1 6-6 4
3. İslandiya 3 1 0 2 9-7 3
4. Azərbaycan 3 0 1 2 1-9 1
İNTİQAM Məmmədov


