Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Gənc Tamaşaçılar Teatrında yazıçı, dramaturq İlqar Fəhminin 50 illik yubileyi keçirilib +FOTO=37

AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı, dramaturq İlqar Fəhminin 50 illik yubileyi keçirilib.

Dövlət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley tədbirində Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Əməkdar artist Nicat Kazımov çıxış edərək yazıçını yubiley münasibəti ilə təbrik edərək, onun həyat və yaradıcılığından bəhs ediblər.

Daha sonra İlqar Fəhmi teatrın Fəxri mükafatı ilə təltif olunub və yubileyinə həsr olunan “Şah Abbas Namə” tamaşası nümayiş etdirilib.

Tamaşa yazıçı-dramaturq İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanıb. 

Səfəvi-Qızılbaş imperiyasının yüksəliş dövrünə həsr olunan ikihissəli tarixi dramın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı teatrın baş rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Aygül Quliyeva, rejissor Səbinə Məmmədzadə, rejissor assistentləri Fuad Cavadzadə, Nəsibə Canəliyevadır

Fotolar Araz Məmmədov

 

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: 

+99451 899 88 87

***

Best coffeeshop in Berlin