Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şahmatçılara AÇ-da layiq olduqları mukafatlar təqdim olunub

Eltac Səfərli AÇ-da qızıl, Gülnar Məmmədovasa bürünc medal qazanıb 

Gürcüstanın Batumi şəhərində kişi və qadın şahmatçılar arasında keçirilən komanda Avropa çempionatı başa çatandan sonra qalıb və mükafatçı komandalar, eləcə də ayrı-ayrı şahmatçılar müxtəlif nominasiyalar üzrə layiq olduqları mukafatlarla təltif olunublar. 

Xatırladaq ki, Teymur Rəcəbovun kapitanliqi altında AÇ-ya qatılan və heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli, Aydın Süleymanlı və Məhəmməd Muradlınin yer aldığı kişi komandamız topladığı 13 xalla 40 komanda arasında ikinci yeri tutduqu üçün gümüş medalla təltif olunub.

Lövhələr üzrə göstəricilərə görə kişilərdən Eltac Səfərli çıxış etdiyi üçüncü lövhədə ən yaxşı nəticə (3 qələbə, 4 heç-heçə) ilə qızıl medala layiq görülüb. Qadınlar arasında isə Gülnar Məmmədova 8 oyundan 6 qələbə qazanmaqla dördüncü lövhədə üçüncü yeri tutub və bürünc medal qazanıb.

Yeri gəlmişkən, Azərbaycan şahmatçılarına layiq olduğu mükafatları ASF-nin prezidenti Mahir Məmmədov təqdim edib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin