UNEC mövsümə qələbəylə başlayıb
Qadın voleybol klublarının çıxış etdiyi Azərbaycan çempionatının Yüksək Liqasında 2025/26-ci illər mövsümünün ilk turu çərçivəsində daha bir oyun keçirilib. UNEC-in idman zalında baş tutan görüşdə eyniadlı meydan sahibi "Milli Aviasiya Akademiyası" klubunu qəbul edib. Qarşılaşma ev sahibinin qələbəsi ilə başa çatıb - 3:2 (25:20, 19:25, 23:25, 25:20, 15:13).
Xatırladaq ki, birinci turun Gəncə OİK-də baş tutan ilk matçında "AZERRAİL" klubu ev sahibini məqlub edib - 2:3.
Bu gün isə kişilərin analoji yarışına start veriləcək. Birinci turun ilk günü iki oyun keçiriləcək. FHN-in idman zalında "Neftçi" - "ORDU" (saat 16:10) oyunu, "Murov Az Terminal"ın idman zalında isə eyniadlı klubla "AZERRAİL" (saat 16:10) qarşılaşması olacaq.
İNTİQAM Məmmədov


