Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan cüdoçuları Meksika Qran-Prisində

Bu gün Meksikanın Qvadalaxara şəhərində cüdo üzrə reytinq xarakterli Qran-Priye start veriləcək. Üç gün davam edəcək bu turnirdə Azərbaycan 7 çəki dərəcəsində 11 tatami ustası ilə təmsil olunacaq. Yarışların proqramına əsasən ilk gündə çəkisi 60 və 66 kq,  ikinci gün 73 və 81 kq, son gündə isə 90, 100 və +100 kq olan cüdoçular mübarizə aparacaqlar. Təsnifat görüşləri hər gün saat 23:00-da, final qarşılaşmalari isə gecə saat 04:00-da JudoTV.com saytında canlı yayımlanacaq.

Artıq turnirin püşkatması mərasimi keçirilib və bununla da cüdoçularımızin ilk rəqibləri bəlli olub. Turnirə qatılan Olimpiya çempionlarimiz - Hidayət Heydərov (73 kq) startda finlandiyalı Valtteri Ölümlə, Zelim Kotsayevsə (100 kq) İzrail təmsilçisi İosif Siminlə qarşılaşacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin