Millət vəkili Məşhur Məmmədov Masallıda seçicilərlə görüş keçirib
Millət vəkili Məşhur Məmmədov Masallı rayonunda seçicilərlə növbəti görüşünü keçirib.
Görüş Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binasında baş tutub. Qəbulda YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev, Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, eləcə də deputatın köməkçiləri iştirak ediblər.
Seçici məmnuniyyətinin artırılması və müraciətlərin operativ şəkildə həllinə nail olmaq məqsədilə keçirilən görüşdə 23 vətəndaşın müraciət və şikayətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, digərləri isə səlahiyyət hüdudlarından kənar olduğu üçün müvafiq qurumlara yönləndirilib.
Millət vəkili Məşhur Məmmədov seçicilərlə mütəmadi görüşlərini davam etdirir.
Akif AĞAYEV


