Karateçilərimiz DÇ-ya 5 lisenziya qazanıblar
17-19 oktyabr günlərində Fransanın paytaxtı Parisdə karatenin WKF versiyası üzrə dünya çempionatına seçmə xarakterli turnir keçirilib. Azərbaycan Karate Federasiyasından verilən məlumata görə qurumun vitse-prezidenti Rəhman Hətəmov və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında sözügedən turnirə qatılan yiqmamizin 5 üzvü uqurla çıxış edərək qarşıdakı dünya çempionatına lisenziya qazanıb. Bu beşlikdə Roman Heydərov (kata), Mədinə Sadıqova (55 kq, kumite), İrina Zaretska (68 kq, kumite), Turqut Həsənov (84 kq, kumite) və Asiman Qurbanlı (+84 kq, kumite) yer alıb.
Yeri gəlmişkən, dünya çempionatı 27-30 noyabr günlərində Qahirədə (Mısır) keçiriləcək.
İNTİQAM Məmmədov


