Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Neftçi" BK Avrokubokda "Kaleb"i qəbul edəcək 

Bu gün kişi basketbol klublarının mübarizə apardığı Avrokubok yarışında sayca ikinci olan növbəti turun oyunlarına start veriləcək. Ölkəmizi FİBA Europe Cup-un  "İ" qrupunda  təmsil edən "Neftçi" klubu ikinci tur çərçivəsində Estoniyanın "Kalev" klubunu qəbul edəcək. Oyun saat 18:30-da Bakı İdman Sarayında başlanacaq. Xatırladaq ki, "Neftçi" ilk turda Polşada yerli "Enerka Trefel Sopot" klubuna uduzub - 63:92.

Yeri gəlmişkən, sabah isə eyni turnirin eyni qrupunda yer alan "Abşeron Lions" klubu Bakı İdman Sarayında (saat 19:00) Polşanın "Enerka Trefel Sopot" klubunu qəbul edəcək. İlk turda isə "Abşeron Lions" doğma divalar arasında "Kalev"ə uduzub - 85:93.

23-26 oktyabr günlərində isə ABL-da sayca 4-cü turun oyunları keçiriləcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin