Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qələbə sevincini qonaqlar yaşayıblar

Bu gün həm kişi, həm də qadın voleybol klublarının mübarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında ikinci turun növbəti oyunları keçirilib. Qadınların yarışında "Gəncə" klubu qonaqi olduğu "Murov Az Terminal" klubunu eyni adlı idman zalında ("Murov Az Terminal ") məğlub edib - 0:3 (18:25, 23:25, 21:25).

FHN-nin idman zalında baş tutan kişilərin yarışında isə "Xilasedici" nominal ev sahibi olan "ORDU"nu üstələyib - 0:3 (21:25, 21:25, 21:25).

Xatırladaq ki, dünən ikinci tur çərçivəsində "DH Volley" qadın voleybol klubu  "AZERRAİL"i məğlub edib - 3:2.

Yeri gəlmişkən, sabah kişi voleybolçulardan ibarət klublar arasında CEV Çempionlar Liqasınin təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edən "AZERRAİL" klubu Serbiyanın"Radnicki" klubunu qəbul edəcək. Oyun saat 19:00-da FHN-nin idman zalında başlayacaq.

İNTİQAM Məmmədov 

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111